Baş Nazirdən qərar - Bunlar idxal gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” genişləndirilib.

İndiyə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahı aşağıdakı kimi olub:

XİFMN üzrə kodu

Mal mövqelərinin adları

1

2

Qrup 84-dən

 

8471 70 500 0

yaddaş qurğuları: sərt maqnit disklərdə

8471 80 000 0

hesablayıcı maşınların digər qurğuları

8473 30 200 0

8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: elektron modulları

8473 30 800 0

8471 mal mövqeyindəki maşınların hissələri və ləvazimatları: digərləri

Qrup 85-dən

 

8528 51 000 0

digər monitorlar: yalnız və ya əsasən 8471 mal mövqeyində göstərilən hesablayıcı sistemlərdə istifadə olunan

8542 31 90

Elektron inteqral sxemlər: prosessorlar və kontrollerlər, yaddaş qurğuları ilə, dəyişdiricilərlə, məntiqi sxemlərlə, gücləndiricilərlə, sinxronizatorlarla və ya digər sxemlərlə birləşdirilmiş və ya birləşdirilməmişlər: digərləri

Dəyişikliyə əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahı aşağıdakı kimi olacaq: 

 Bu qərar dərc edildiyi gündən 30 gün sonra – martın 30-da qüvvəyə minir.

0.86670899391174