Ərdoğan və Putinin görüşəcəyi tarix məlum olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında növbəti görüşün tarix bəlli olub.

Türkiyənin NTV telekanalı xəbər yayıb ki, R.T.Ərdoğan və V.Putin arasında görüş martın 5-də baş tutacaq.

Görüşün Moskvada keçiriləcəyi planlaşdırılıb. Görüşdə Suriyanın İdlib vilayətində yaşanan gərginliyin həlli yolları müzakirə ediləcək. 

0.2774498462677