Şəmkirdə 36 yaşlı kişini bıçaqladılar

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun Seyfəli kənd sakini, 1984-cü il təvəllüdlü Ramil Namazov qarın nahiyəsindən bıçaq xəsarəti alıb. 

O, yaxınları tərəfindən Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb və Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir. 

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

0.29690790176392