Bakıda 36 yaşlı kişi bıçaqlanaraq ağır xəsarət alıb
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bakunews.media xəbər verir ki, Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Əsgərov Pərviz Rafiq oğlu naməlum şəxslərlə mübahisə zəmnində bıçaq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan P.Əsgərov Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kamil Əmirli