"Azeriqaz"-dan şikayət var: Qaz xəttində hər hansi bir problem yaranarsa, qaz quyularına girib qazı bağlayan tapılmır

Bu məqaləni yazmaqda məni son vaxtlar ölkənin ən böyüuk işçi sektoru olan ADNŞ- nin tabeliyində olan Azeriqaz İB-nin işçilərindən hüquqlarının pozulması kimi sikayətlərin çoxalmasıdır. Bu şikayətlərin birindən fraqment gətirirəm. “ 2015- ci ilə kimi Azəriqazda qaz avadanlıqlarının istismarı və təmiri üzrə cilingərlər Azərbaycan Respublikasının Əmək məcəlləsinin 93 və 159- ci maddəsinə uyğun  hər ay 10 manat (1.04 əmsal əvəzinə 0.5 əmsal ) fiziki və zehni gərqin iş rejimində işlədikləri üçün alırdılar. 2016- ci ildən bu vəzifələr öz yerində qalsada bu gərqinlik pulu artıq verilmir. Düzdü Əvvələr Qəza bərpa işləri üzrə cilingər və qaynaqçılar  yuxarıda göstərilən qanun maddəsinin və Nazirlər kabinetinin buna dair qərarına görə  1.08 əmsal  almalı halda onlarda 0.5 ‘’əmsal alırdı, bu gün təssuf ki, hec bunuda almırlar. “

Başqa bir məktuba nəzər salaq. Məktubu bizə Qarabağ müharibəsi əlili Əhməd Rəhmanov yazir. “Keçən ilin may ayında “Azəriqaz-da “ struktur dəyişikliyi adi altinda Qaz isitismar departamentinin cilingərlərinin bir hissəsi məcburən işdən cıxma ərizəsi yazdırıb, onaları yeni yaranan qaz bərpa xidmətə kecirildikdən sonra xidmətdə çox bərbad vəziyyət yarandı. Belə ki, mərkəz rayonların operativ maşınları alındı və 3 rayona bir avtomobil verildi. Bu bir yana, cilingərlər azaldığından günü bu gün şəhərin mərkəzində yer altı qaz xəttində hər hansi bir problem yaranarsa, qaz quyularına girib qazı bağlayan tapılmır. Belə ki, təhlükəsizlik texnikası qaydalarına görə quyuda qazı bağlamaq ucun ən azı 3 nəfər vacibdir, xidmətlərdə isə bir nəfər növbətçi qalib. Bu barədə FHN və Azəriqaz rəhbərliyin yazili məktub verdiyim üçün mənim özümü 23 il islədiyim növbəli iş rejimindən “əlilliyimi bəhanə gətirib çıxartdılar”. Hal hazirda Xətai rayon məhkəməsində növbəmlə bağli işi udmuşam. Azəriqaz isə utanmaz -utanmaz bu işlə bağlı apellyasiya sikayəti verib”

Təssuf ki, bu tip şikayətlərin ardı arası kəsilməsədə, Dövlət əmək mufəttişliyi “yetim uşaq”  kimi qollarını sallayıb acizlik nümayis etdirir. Səbəbdə onu gətirirlər ki, ölkə başçisinin əmri ilə şikayət olmadığı halda yoxlamalar qadağan olunub, şikayət olduqda isə, idarənin işi tam yox, sırf o şikayətçiyə qarşi olan münasibət araşdırılır.

Belə cixir ki, bir şobədə 40 isçidən biri əmək haqqından şikayətlidirsə, təkcə onun əmək haqqısıi araşdırılır, qalanları isə necə var eləcədə qalır.

Redaksia “Azəriqaz” İB bu məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırdı.

Ağasi Badi-Kübəli

0.041948080062866