Bakıda qayınanasını öldürən gəlinin məhkəməsi başladı

Bakıda qayınanasını qətlə yetirməkdə təqsirli bilinən Mədinə Qreçnevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Bakunews.media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası martın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il paytaxtın Xətai rayonu Lütfüzadə küçəsi 3, mənzil 91 ünvanında baş verib.

70 yaşlı Valentina Qreçnevanın oğlu işdən evə qayıdarkən anasının qan içində olduğunu görüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının başında bir neçə xəsarət aşkar ediblər.

Ailənin gəlini M.Qreçnevanın evdə olmaması polisdə onun qadını öldürərək qaçması şübhəsini yaradıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, şübhəli şəxs kimi saxlanılıb.

M.Qreçneva cinayəti törətdiyini etiraf edib. O, hadisə baş verməzdən əvvəl qayınanası ilə mübahisə etdiyini deyib.

Münaqişə zəminində gəlin qayınanasının başına butulka ilə vuraraq öldürüb.

İstintaq orqanı tərəfindən M.Qreçnevanın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

0.30013990402222