İlham Əliyevin Tovuza səfərindən geniş hesabat sabah oxuculara təqdim olunacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonunda da səfərdə olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı səfər çərçivəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, “Azərxalça” ASC-nin Tovuz filialının fəaliyyəti ilə tanış olub, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Dövlət Rəmzləri Muzeyinin, “ASAN Həyat” kompleksinin və Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun açılışlarında iştirak edib.
Prezident İlham Əliyevin Tovuz rayonuna səfərindən geniş hesabat martın 5-də oxuculara təqdim olunacaq.