Beynəlxalq Cüdo Federasiyası Olimpiya təsnifat müddətinin vaxtını uzatdı

Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsi Olimpiya təsnifat müddətinin vaxtını uzadıb.  

Bakunews.media xəbər verir ki, lisenziya xalı verən dörd yarış ləğv olunduğundan, mayın 30-dək olan müddət daha bir ay müddətinə artırılıb.  

İndi idmançıların Olimpiadaya vəsiqə qazanmasına iyunun 30-dək olan reytinq sıralamasından sonra aydınlıq gələcək.  

Bundan başqa, aprelin 30-dək keçirilməsi planlaşdırılmış bütün qitə çempionatları, təxirə salınıb.  

Aprelin 30-dək keçirilməli olan bütün yeniyetmə və gənclərin yarışları isə ləğv olunub.  

Səbuhi Musayev 

0.97357583045959