Azərbaycanda daha dörd yarışın azarkeşsiz keçirilməsinə qərar verildi

Azərbaycanın futzal çempionatları azarkeşsiz keçiriləcək.

Bakunews.media-ın xəbərinə görə, Azərbaycan Futzal Federasiyasının rəhbərliyi Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyəsini nəzərdə tutaraq, martın 19-dək Yüksək, I və II liqaların, eləcə də, Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk və cavab oyunlarının azarkeşsiz keçirilməsinə qərar verib.

Qeyd edək ki, dünən Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası və I divizionun qarşıdakı iki turunun azarkeşsiz keçirilməsi barədə qərar qəbul edib.

Səbuhi Musayev

0.77351093292236