Parlament: İkisinə sədr seçildi, biri qaldı...

Milli Məclis yanında Toponomiya Komissiyasının tərkibi hələ müəyyənləşməyib.

Bakunews.media-ın məlumatına görə, Toponomiya Komissiyasına sədr deputatlardan seçilir.

Komissiyanın üzvləri isə deputatlar, tarix və coğrafiya sahəsi üzrə alimlər olacaq.

Beşinci çağırış Milli Məclisdə Toponomiya Komissiyasının sədri deputat İsa Həbibbəyli olub.

Xatırladaq ki, altıncı çağırış Milli Məclisin İntizam Komissiyasına və Hesablaycı Komissiyasına sədr seçilib.

Eldar İbrahimov İntizam Komissiyasının, Fəttah Heydərov isə Hesablayıcı Komissiyasının sədri olublar.

Aqşin Kərimov

0.3449239730835