İranda koronavirus son bir gündə 147 nəfərin həyatına son qoyub

İranda koronavirus səbəbindən son 24 saat ərzində 147 nəfər həyatını itirib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Beləliklə, ölkədə pandemiya qurbanlarının sayı 1135-ə yüksəlib.

Qeyd edək ki, İranda koronavirusa yoluxma barədə ilk dəfə fevralın 19-da məlumat verilib. Həmin vaxtdan epidemiya ölkənin bütün vilayətlərini əhatə edib. Ümumilikdə, 15000-dən artıq yoluxma halı qeydə alınıb.

0.28699088096619