Mərakeşdə fövqəladə vəziyyət rejimi elan edildi

Koronavirus pandemiyası fonunda Mərakeş höküməti fövqəladə vəziyyət rejimi tətbiq edib.

“RİA Novosti” xəbər verir ki, bundan sonra Mərakeş vətəndaşlarının ölkə daxilində hərəkəti məhdudlaşdırılacaq.

“Cümə günü saat 18:00-dan etibarən ölkə daxilində hərəkət etmək qadağan olunur”, - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, Mərakeşdə 63 nəfər koronavirusa yoluxub, iki nəfər isə həyatını itirib.

0.88163495063782