Partiya on-line rejimə keçdi

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Skype vasitəsilə Sədr Aparatının on-line iclasını keçirib. On-line iclasda respublikada koronavirusla bağlı yaranan vəziyyət müzakirə olunub. Bir daha qeyd olunub ki, vətəndaşlar özlərini qorumalı və #“Evdə qal” kampaniyanın qaydalarına, Qərargahın tövsiyələrinə ciddi riayət etməlidirlər.

“Karantin tətbiq edilməsi bəzi vətəndaşlar tərəfindən qeyri-ciddi qəbul olunur. Onlar özünütədric etmək əvəzinə ailə üzvləri ilə birlikdə şəhəri gəzməyə çıxırlar. Bu hərəkətlə həm ailə üzvlərini, həm də digər vətəndaşları virusa yoluxma təhlükəsinə atırlar.”- Fuad Əliyev qeyd edib.

Daha sonra Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməklə bu nəcib təşəbbüsə qoşulmaq təklif olunub.

0.090759992599487