Sumqayıt sakini: “Üfunət iyindən pəncərəni açıb hava ala bilmirik” - YENİLƏNİB + VİDEO

“Sumqayıt Şəhər Su-Kanal İdarəsinə ötən gün ərzində zirzəmiyə kanalizasiya sularının axdığı barədə şikayət daxil olmayıb”.

Bu barədə Bakunews.media-a İdarədən məlumat verilib.

Sosial şəbəkələrdə Sumqayıt şəhərində kanalizasiya suyunun küçəyə axıdılması faktı ilə bağlı məsələyə münasibət olaraq, faktın əsassız olduğu qeyd olunub:

“Sumqayıt Şəhər Su-Kanal İdarəsi daxil olan müraciətləri qeydə alır və operativ şəkildə əraziyə baxış keçirir. Bu barədə ötən gün ərzində heç bir müraciət daxil olmayıb.

Çünki Sumqayıt Şəhər Su-Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları zəruri olan bütün avadanlıqlarla təchiz olunub. Ola bilməz ki, bənzər hadisədə kanalizasiya suyu küçəyə axıdılsın. Əgər vətəndaş bu problemlə qarşılaşıbsa, birbaşa İdarəyə müraciət etsin. Məsələ yerindəcə araşdırılsın”.

10:31

Sumqayıtda kanalizasiya suları küçəyə axıdılıb.

Bakunews.media xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.

Paylaşımda vətəndaş 30 ildir bu problemlərdən əziyyət çəkdiyini qeyd edib:

“Sumqayıt şəhərində yaşayırıq. 30 ilə yaxındır zirzəmiyə yığılan suların qarşısı alınmır. Birinci mərtəbədə yaşayırıq. Ömrümüz rütubətdə, kanalizasiya iyindən boğulmaqla keçir. Nə sirrdirsə, bu boyda məhəllədə bizim binadan başqa heç birinin kanalizasiya xətti partlamır. Zirzəminin qapısı da yoxdur. Dəfələrlə qapı qoymuşuq, onu da sındırırlar.

“Azərsu”ya müraciət etmişik. Gəlib zirzəmiyə dolan suyu boşaldıblar. Amma təəssüf ki, həmin çirkli suyu pəncərənin altına töküblər. İnsanların evdən çıxmasına qadağa qoyulan bir zamanda üfunət iyindən pəncərəni açıb hava ala bilmirik”.

Könül Cəfərli 

0.30582714080811