Bakıda avtomobil qadını vuraraq xəsarət yetirdi
Bakıda 57 yaşlı piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1963-cü il təvəllüdlü Cabbarova Gülnarə Nəcəf qızını avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu və bud-çanaq sümüyünün əziyi diaqnozları qoyulub.
Fakt araşdırılır.