Ermənistanda koronavirusdan daha iki nəfər ölüb

Ermənistanda daha iki nəfər koronavirus səbəbindən ölüb.

Xəbəri Ermənistanın Vahid məlumat mərkəzi Facebook səhifəsində yayıb.

Ölənlərin 55 və 73 yaşlarında olduğu deyilir. 

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 3-ə, yoluxanların isə 407-yə çatıb. 

1.0436601638794