Partiya sədri: Türk Şurasının toplantısında pandemiyaya qarşı addımlara dair təcrübə mübadiləsi olub
Baku News Avrasiya.net istinadən xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycanın Türk sammitinə ev sahibliyi etməsi ilə bağlı açıqlamasında bildirib.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) aprelin 10-da keçirilən fövqəladə Zirvə görüşünün əsas mövzusu koronavirus pandemiyası ilə mübarizyə həsr olunmuşdu. Pandemiyanın dünyada tuğyan etdiyi bir vaxtda informasiya və virusla mübarizə təcrübəsinin bölüşməsi çox vacib məsələdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru, doktor Tedros Adhanom Qebreyesusun da bu görüşı qoşulması Zirvə görüşünün əhəmiyyətini bir qədər də artırmış oldu. Koronavirusla mübarizə tək bir ölkənin işi deyil və heç vaxt onun öhdəsindən gələ bilməz. Bu qlobal məsələdir. 4-5 ayda toplanan təcrübə ölkələr arasında bölüşməlidir, resurslar birləşdirilməlidir" - ALDP sədri bildirdi.
"Türk Şurasının Zirvə görüşü pandemiyaya qarşı addımlara dair təcrübə mübadiləsi olub. Bu baxımdan çox önəmli bir görüş olub"- sonda Fuad Əliyev qeyd edib.