Azərbaycanlı döyüşçü meşədə odunla məşq edir - VİDEO

Azərbaycanlı MMA idmançısı Nəriman Abbasov meşədə odunla məşq edir.

Bakunews.media-ın xəbərinə görə, ölkədə bütün idman zalları bağlı olduğundan, tanınmış idmançımız Bakıdakı meşələrdən birində fiziki məşqlə atlet formasını qorumağa çalışır.

Qeyd edək ki, Nəriman Abbasov sentyabrın 25-də Moskvada keçiriləcək “Fight Nights Global” turnirində yüngül çəkidə çempionluğunu müdafiə döyüşünə çıxacaq.

Onun rəqibi rusiyalı Mixail Qoqitidze olacaq.

Səbuhi Musayev

0.28266596794128