“Neftçi” koronavirus əleyhinə mübarizəyə qoşuldu - FOTO

Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar dövlət tərəfindən başladılmış “Biz birlikdə güclüyük” çağırışına “Neftçi” ailəsi də qoşulub.

Bakunews.media xəbər verir ki, ötən gün klubun əməkdaşları və komanda üzvləri Bakı şəhərində yerləşən “Qadın və uşaq sığınma evi”nə baş çəkiblər.

Həmçinin futbolçular ilə “Forza Neftçi” fan-qrupunun üzvləri tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı edilib.

0.31508803367615