Sabiq “MBA” basketbolçusu koronavirus səbəbindən həbsxanadan çıxmaq istədiyini bildirdi

“Milli basketbol assosiyasiyasının” (MBA) sabiq oyunçusu Kermit Vaşinqton ABŞ hökümətindən koronavirus səbəbindən onu həbsxanadan azadlığa buraxılmasını tələb edib.

“TMZ” xəbər verir ki, “Los-Anceles Leykers” klubunun şərəfini qorumuş idmançı koronavirusdan ölmək istəmədiyini bildirib.

“Mən ev dustağı olmaq istəyirəm. Bu xəstəliyə yoluxmaqdan qorxuram”, - deyə Vaşinqton qeyd edib.

Qeyd edək ki, sabiq basketbolçu saxtakarlıq səbəbindən altı il müddətinə azadlıqdan məhrum edilib.  

0.87758302688599