Məşhur tennisçi karantin zamanı satıcı işləyir

Nüfuzlu “Rolan Qarros” tennis turnirinin cütlü kateqoriyasının qalibi almaniyalı Kevin Kravits koronavirus pandemiyası zamanı satıcı kimi işləməyə qərara alıb.

“Spiegel” xəbər verir ki, hal-hazırda idmançı böyük supermarketdə çalışır.

“Maaşım 450 avrodur. Ərzaqları rəflərə yığıram, boş taraları sıralayıram. Ötən həftə supermarketin girişində səbətləri dezinfeksiya edirdim”, - deyə Kravits qeyd edib.

0.32042407989502