Fəhlə işləyən Azərbaycan çempionuna məşqçi olması üçün yardım ediləcək - FOTO

“Kəpəz” PFK fəhlə işləyən futbol üzrə Azərbaycan çempionu, ən çox qol vuran futbolçu (bombardir) olmuş Rövşən Əhmədova məşqçi işləməsi üçün yardım edəcək.

Bakunews.media-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev bildirib.

Belə ki, Gəncə klubu Rövşən Əhmədovun AFFA-nın C kateqoriyalı məşqçi kurslarına qatıla bilməsi üçün tələb olunan maliyyə ödənişini öz üzərinə götürüb. Qurum tərəfindən müvafiq kateqoriya üçün sənəd qəbulu başlayarkən sabiq futbolçunun kursa yazılması təşkil ediləcək.

Qeyd edək ki, son günlər “Kəpəz” klubu tərəfindən ona edilən maddi yardım zamanı şəklinin çəkilməsi ictimaiyyətdə müzakirələrə səbəb olub. O, Qafqazinfo-ya açıqlamasında rəsmi olaraq heç yerdə işləmədiyini, fəhlə kimi çalışdığını bildirib.

Səbuhi Musayev

0.27829194068909