“Ankaragücü” klubunun futbolçusu koronavirusa yoluxub
Türkiyənin “Ankaragücü” klubunun futbolçusu COVID-19-a yoluxub.
“Fanatik” nəşri xəbər verir ki, koronavirusa yoluxan futbolçu seneqallı yarımmüdafiəçi Rikardo Fatidir.
Futbolçu və ailəsi həkim nəzarəti altına götürülüb. Bildirildiyinə görə, hələlik onların heç birində xəstəliyin zahiri əlamətləri müşahidə olunmur.