Almaniya çempionatı bu tarixdə bərpa olunacaq

Almaniyada koronavirusa görə tətbiq edilən karantin qaydaları tədricən yumşalmağa doğru gedir.

“Reuters” məlumat verir ki, Almaniya futbol çempionatı da bərpa ola bilər.

Bundesliqanın mayın 15-də bəpa olunacağı gözlənilir. Lakin burada bəzi məhdudiyyətlər olacaq. Belə ki, tribunalara azarkeşlər buraxılmayacaq.

Bundan başqa, hökumət uşaqlara və həvəskar idmançılara açıq havada idmanla məşğul olmaq icazəsi verəcək.

0.27441096305847