Çempionlar Liqasında bir oyunun keçirilmə tarixi bəlli oldu

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Lion”la “Yuventus” arasında keçiriləcək cavab oyununun tarixi müəyyənləşib.

Bakunews.media xəbər verir ki, bu barədə Fransa klubunun prezidenti Jan-Mişel Ola deyib.

Onun sözlərinə görə, UEFA qarşılaşmanı avqustun 7-nə planlaşdırıb. Turində baş tutacaq matç boş tribunalar önündə keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda “Lion” 1:0 hesablı qələbə qazanıb, cavab görüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

0.27634000778198