Azərbaycanda qalan ukraynalı həndbolçuların problemi həll olundu

Azərbaycanda qalan ukraynalı həndbolçularun problemləri həll olunub.

Bakunews.media-ın xəbərinə görə, qadınlardan ibarət həndbol millimizin baş məşqçisi Georgi Voronov və dörd oyunçu dünən Ukraynanın paytaxtı Kiyevə gedən xüsusi təyyarə ilə yola salınıb.

Bu barədə saytımıza məlumatı Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri İsgəndər Əsgərov verib.

Bununla da Azərbaycanda legioner həndbolçulardan heç biri qalmayıb. Yalnız ukraynalı Liza Səlimova ölkəmizdədir ki, o da azərbaycanlı həndbolçu Üzeyir Səlimovla ailə həyatı qurub.

Səbuhi Musayev

0.37620091438293