Olimpiya çempionu koronavirusa yoluxdu - FOTO

Boks üzrə ağır çəkili olimpiya, dünya və ikiqat Avropa çempionu Yevgeni Tişenko koronavirusa yoluxub.

Bakunews.media xəbər verir ki, idmançı özü həkimlərə müraciət edib.

Zəruri analizlər götürüldükdən sonra onda koronavirus diaqnozu təsdiqlənib. 28 yaşlı boksçuda virusun yüngül forması olduğundan, o, evdə özünütəcrid rejimində karantinə göndərilib.

Qeyd edək ki, Yevgeni Tişenko peşəkar boksda keçirdiyi yeddi görüşdə məğlubedilməzdir. O, WBO kəmərinin sahibidir.

Səbuhi Musayev

0.3012421131134