Bakıda sələmçi borclunu öldürməklə hədələdi

Bakı sakini hədə-qorxu yolu ilə pul almaqda ittiham olunur.

Bu barədə Bakunews.media-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları öldürməklə hədələmə faktını araşdırır. Belə ki, Daxili İşlər Nazirliyinə müraciət edən 52 yaşlı paytaxt sakini Asim Səfərov 1987-ci il təvəllüdlü Ceyhun Nəzərovdan faizlə 40 min manat aldığını bildirib. Ötən ilin avqust ayında borcun tam məbləğini qaytarmasına baxmayaraq, sələmçi ondan əlavə pul tələb edib.

Şikayətçinin sözlərinə görə, bu günlərdə C.Nəzərov onu və 27 yaşlı qardaşı Səbuhi Səfərovu tələb olunan məbləği gətirməyəcəkləri təqdirdə öldürməklə hədələyib.

Həyatına görə narahat olan A.Səfərov hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı hələlik heç kim həbs olunmayıb, istintaq davam edir.

Ramella İbrahimxəlilova

0.93129301071167