Azərbaycanlı şahmatçı Fransa çempionu oldu

Blits şahmat üzrə onlayn açıq Fransa çempionatı təşkil olunub. 

Çempionatda 700-dən artıq şahmatçı gücünü sınayıb. Onların arasında həmyerlilərimiz də olub. 

İsveçrə sistemi ilə keçirilən ilk mərhələ 15 turdan ibarət olub. Nəticələrə görə, ilk 16 yerin sahibi final mərhələsinə vəsiqə qazanıb. İlk 16 yerdən üçündə həmyerlilərimiz qərarlaşıb.  

Final mərhələsinin qalibi iisə Rauf Məmmədov olub. O, finalda Kristian Bauerlə (Fransa) görüşüb və 3:1 hesablı qələbə ilə Fransa çempionu titulunu qazanıb.

 

0.31594800949097