Partiya sədri Təhsil Nazirə açıq məktubla müraciət edib

"Qiymətləndirmə sistemində “3” mənfi qiymət deyil"
Baku News xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Təhsil Naziri Ceyhun Bayramova ünvanladığı məktubda bildirir. Məktubda deyilir:
 
 
"Hörmətli Ceyhun müəllim!
Yaşadığımız bu ilin əvvəlindən koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq olunub. İlk günlərdə bu virusun insanlara nə dərəcədə təhlükəli olduğunu heç kim bilmirdi. Dünyanın demək olar ki, bütün ölkələrində koronavirus sürətlə yayıldı. Bununla da Azərbaycanda karantin rejimi mayın 31-nə gədər uzadıldı. Bu virus bütün sahələrə, həmçinin təhsil sisteminə də ziyan vurdu. Məktəblər bağlandı, şagirdlər ikinci altı ayın təhsilini tam ala bilməyiblər.
 
Hörmətli Ceyhun müəllim!
Onu da qeyd etmək istəyirəm ki, Təhsil Nazirliyi bu karantin dövründə, çevik olub və distant təhsil sistemini tətbiq edib, TV-də müəllimlər tərəfindən bütün fənlər üzrə dərslər keçirilib. Bu, sözsüz ki, təqdirəlayiqdir.
 
Hörmətli Ceyhun müəllim!
Valideyinlərin mənimlə söhbətlərində 9 və 11 sinif buraxılış imtahanlarıyla bağlı narahat olduqlarını Sizə çatdırmaq istəyirəm. Bu narahatlıq bunlardan ibarətdir:
 
- Təhsil Nazirliyinin distant tədris sistemini tətbiq etdiyinə baxmayaraq, müəllimlərin çoxu heç oradan qeydiyyatdan keçməyib və bununla da on-line dərs keçməyib.
 
- Keçirilən on-line dərslərdə isə şagirdlərin hamısı iştirak etməyib. Sinifdə 30 şagirddən bu on-line dərslərdə 5-10 şagirdi olub.
 
- Karantin rejiminə görə, bəzi valideynlətin maddi imkanı olmayıb ki, internet pulunu ödəsinlər. Bununla da onların uşaqları on-line dərslərdə iştrak edə bilməyiblər. Bundan başqa heç də hər yerdə internet sistemi müntəzəm işləməyib.
 
- Bəzi məktəb direktorlaru valideyinlərə bildiriblər ki, 9-cu sinifdən 10-cu sinifə keçmək üçün birinci altı ayının yekun qiymətləri nəzərə alınacaq. Və əgər şagirddə fənlər üzrə aldığı “3” qiymət üçdən çox olacaqsa, onda növbəti, yəni 10-cu sinifə keçməyəcək. (?!) Bununla bağlı hansısa qərarın olub, olmadığını bildirirlər.
 
 
Fikrimcə, qiymətləndirmə sistemində “3” mənfi qiymət deyil ki, bunu əsas götürüb növbəti sinifə keçməyə icazə verilməsin. 
 
Hörmətli Ceyhun müəllim!
Bu müraciətimlə valideyinlərin narahat olduqlarını çatdırmaqla, onların xahişlərini də deməyə özümə borc bilirəm. Valideyinlər, pandemiya dövründə yaranan məcburi problemləri nəzərə almaqla, veriləcək qərarların yumşalması, şagirdlərin növbəti sinifə keçməsinə şəraitin yaranması üçün Sizdən xahiş edirlər.
 
Hörmətli Ceyhun müəllim!
Ümüd edirəm ki, valideyinlərin Sizə olan xahişlərini cavabsız qoymayacaqsız və pandemiyaya görə məcburi yaranan problemləri nəzərə alaraq onlara dəstək olacaqsız".
 
0.048746109008789