PSJ-nin sabiq oyunçusu 24 yaşında vəfat etdi

Fransanın “Furiani Alyani” klubunun oyunçusu, PSJ klubunun yetirməsi Cordan Diakise 24 yaşında vəfat edib.

Bu barədə futbolçunun çıxış etdiyi klubun “Instagram” səhifəsində məlumat verilib.

C.Diakise 2012-2015-ci illərdə PSJ-nin müxtəlif yaş qruplarında çıxış edib.

Futbolçu Fransanın futbol üzrə gənclərdən ibarət yığma komandasının da şərəfini qoruyub.

0.30021286010742