İtaliya futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

İtaliyanın "Latsio" futbol klubunun prezidenti Klaudio Lotitoya qarşı araşdırmaya başlanılıb.

TASS xəbər verir ki, araşdırma İtaliya Futbol Federasiyası (FIGC) tərəfindən aparılır.  

Səbəb klub prezidentinin martın 8-də keçirilmiş "Yuventus" - "İnter" matçının danışılmış xarakterli olduğuna dair açıqlamasıdır. Əgər Lotitonun dedikləri təsdiqlənməsə, ona qarşı müvafiq sanksiya irəli sürülə bilər.

Məlumat üçün qeyd edək ki, “Latsio” A Seriyasında 62 xalla ikinci pillədədir. 

0.29168796539307