İngiltərə kubokunun yeni təqvimi bəlli oldu
Koronavirusa görə yarımçıq qalan futbol üzrə İngiltərə kubokunun yeni təqvimi açıqlanıb.
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Qeyd edilib ki, kubokun 1/4 final mərhələsinin oyunları 27-28 iyunda, yarımfinal matçları isə 11-12 iyulda keçiriləcək. İngiltərə kubokunun final matçı isə avqustun 1-də olacaq.
İngiltərə Premyer Liqasının iyunun 17-də bərpa olunacağı haqqında məlumat yayılmışdı.
İngiltərə kuboku
1/4 final
27-28 iyun
“Lester” – “Çelsi”
“Nyukasl” – “Mançester Siti”
“Şeffild Yunayted” – “Arsenal”
“Norviç” – “Mançester Yunayted”