Sumqayıtda binada uçqun olub, xəsarət alanlar var

Sumqayıtda yaşayış binasında uçqun hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə 12-ci mikrorayonda qeydə alınıb.

İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Hadisə zamanı dağıntıların altında qalanların olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

0.45911598205566