Şəmkirdə 82 yaşlı sürücü sükan arxasında infarkt keçirdi: Maşını ağaca çırpdı

Şəmkirdə sükan arxasında miokard infarktı keçirən sürücü maşını ağaca çırpıb.

APA-nı verdiyi xəbərə görə, hadisə bu gün baş verib.

Rayon sakini, 1938-ci il təvəllüdlü Hüseynov Fərman Qələndər oğlu özünə məxsus “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında miokard infarkt keçirib. Nəticədə, avtomobil ağaca çırpılıb.

Sürücünün ürəktutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0.43703103065491