Partiya sədrindən həyəcan dolu yazı

"İndi nə bilirsiz, ev şəraitində müalicə olunanlar sizin qonşular deyil?"

Baku News xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev facebook səhfəsində karonavirusla və karantin rejimi ilə bağlı statusunda bildirib. Həmin statusu təqdim edirik:

Nizam, intizamlı xalq qəbul olunan qaydalara riayət edir. Xüsusən bu pandemiya dönəmində göründü. Məsuliyyətli xalq olan almanlar bu virusun nə dərəcədə təhlükəli olduğunu dərk edərək tətbiq olunan qaydalara riayət etdilər. Qardaş Türkiyədə yanvar ayından tətbiq olunan sərt karantin rejiminə (altı-bazar günləri evdən çıxmaq qadağan idi) uyğun olaraq hər kəs evdə oldu. 
Mən Amerika və Avropada olan dostlarla yazışıram. Dostlarımın hamısı mənə “ailəni, özünü, ətrafıfı qoru” yazırlar. Ona görə yox ki, onların yaxınları bu virusa yoluxub. Ona görə ki, dostlarım bu virusun ağır fəsadların veridiyini görürlər. 
“evdəqal” kampaniyanın başlanan gündən, vətəndaşlardan tətbiq olunan qaydalara riayət etməyə xahiş etmişəm. Partiya maarifləndirici video-çarxlar hazırladı. Məqsədimiz o idi ki, insanlar karantin rejiminə əməl etsinlər. Sonra da demişdim ki, karantin rejimin yumşaldılması tez idi, görək bir-iki ay uzadılardı. Yumşalma olanda isə vətəndaşlara müraciət edirdim ki, tibbi maskadan istifadə etsinlər və sosial məsafə saxlasınlar. Bu olan təqdirdə biz virusa qalib gələ bilərik. 
Burada mən, 190 manatın verilməsindən və yaxud verilməməsindən, az olmasından, uzun müddət verilməsindən yazmıram. Bu başqa mövzudur. 
Bu yazıda söhbət karonavirus xəstəliyi və bizim buna inanıb, inanmamığımızdan gedir. Karantin rejimi başlayanda hamı bir birindən soruşurdu: “Virus var? Göstər, görüm kim tutub?” Zarafat, ironiya, bəziləri isə tibbi maskanı taxanları ələ salırdılar. 
İndi nə baş verir? Hər gün 600 -a yaxın yoluxan! İndi isə mən hər gün eşidirəm ki, “filankəsin anası virusdan öldü, filankəsin ailəsi virusa yoluxdu, qonşunun oğlu virusdan öldü”. 
İnanmayanlara müraciət edirəm- Bunu istəyirdiz? Siz bir anlıq özünüzü həkimlərin yerinə qoyun! 4 aydan çoxdur ki, öz ailə üzvlərini görmürlər! Allah kömək olsun onlara! 10-dan çox həkim bu virusdan dünyasını dəyişəndə ailə üzvləri yanında olmayıb! Virusdan yoluxanlar hansı əziyyətlər çəkib, hansı şəraitdə ölüblər. Allah onlara rəhmət eləsin! 
Artıq xəstəxanalarda yer olmadığına görə karonavirus xəstələri də qəbul etmirlər, deyirlər ev şəraitində müalicə ol. 
İndi nə bilirsiz, ev şəraitində müalicə olunanlar sizin qonşular deyil?
0.04610800743103