Partiya sədrin müşaviri: Biz məsuliyyətli olmalıyıq

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova COVİD-19 ilə bağlı çağırış edib.

Baku News Dinarə Məmmədovanın çağırışını təqdim edir:

“Bəzən mən bizim insanlara məəttəl qalıram. Virusa yoluxanların sayı çoxalıb, xəstəxanalarda yer yoxdur, buna baxmayaraq insanlarımız yenə də tibbi maskalardan istifadə etmirlər, sosial  məsafə saxlamırlar. Belə də inamsızlıq olar, belə də eqoizm olar??? Bəyəm lazımdır ki, sizin yaxınlarınız xəstələnsin, siz sonra inanasız? 

İki ay karantin dövründə, partiya olaraq, maarifləndirmə işləri apardıq, sosial  video-çarxlar hazlrladıq. Düzdür, biz karantin müddətinin uzadılmasının tərəfdarıyıq, amma hamımız tətbiq olunan qaydalara riayət etsəydik, yoluxanların sayı çoxalmazdı və yenidən karantin tətbiq olunmaz idi. Təəssüf ki, bəzi vətəndaşların məsuliyyətsizliyi nəticəsində xəstələnlərin sayı çoxaldı. Toylar və yasların keçirilməsinə qadağa goyulduğuna baxmayaraq, bəzi rayonlarda keçirildi və həmin məclislərin iştrakçıları bu virusa yoluxdular. İki həftəlik karantin rejimin, bir həftəsi geridədir. Statistikaya baxanda heç bir müsbət irəlləyiş olmayıb. 

Mənim fikrimcə, yoluxanların sayında azalma olmasa, onda, yenidən iki aylıq karantin rejimi tətbiq olunmalıdır. Sözsüz ki, burada bəzi qaydalar da dəyişilməlidir. 

Hesab edirəm ki, sms-lə icazə iki saat yox, üç saat olmalıdır. “1” rəqəmlə çıxmaq üçün məhdudiyyət qoyulmamalıdır. İki ay işsiz olanlara 190 manat verilməlidir. İş adamlarına on-line satış üçün heç bir məhdudiyyət qoyulmamalıdır. Bank kreditlərin faizi dayandırılmalıdır. Bu virusun yayılmasının qarşısının  alınması hər birimizdən asılıdır. 

Biz məsuliyyətli olmalıyıq, tətbiq olunan karantin qaydalarına riayət etməliyik, tibbi maska taxmalıyıq və sosial məsafəni saxlamalıyıq. Bu dəfə hər kəs məsələnin ciddiliyinin fərqində olmalıdır. Ümid edirəm ki, biz özümüzü və yaxınlarımızı qəbul edilmiş qərarlara ciddi əməl etməklə qoruyacağıq.” 

0.051151990890503