Dinarə Məmmədova: Hakimiyyət ictimai-siyasi gündəmi dəyişir

"Biz deyişikliklərin astanasındayıq"

Baku News ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Dinarə Məmmədova açıqlamasında bildirib. 

"İlin əvvəlindən çox maraqlı proseslər baş verir. Hakimiyyət ictimai-siyasi gündəmi dəyişir. Bu günə qədər atmadığı addımları atır. Müxalifətlə münasibətləri 180 dərəcə dəyişib. Prezident Administrasiyasının rəsmisi partiyalarla görüş keçirib, bir neçə partiyanı qeydiyyata alıblar və digər addımları misal kimi qeyd etmək olar.

İndi də "Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağrışlar" mövzusunda videokonfrans formatında parlamentə daxil olan partiyalarla görüş keçirilib. Fikrimcə bu, görüş siyasi islahatların gətirdiyi yeni dialoq və əməkdaşlıq mühitinin formalaşmasına təkan verəcək. Ölkəmizdə iqtidar və müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşma baş verir. İndi əməkdaşlıq üçün olduqca əlverişli şərait yaranır. 

Hesab edirəm ki, Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb və bu  cəmiyyətdə sağlam mühütün formalaşdırılması iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə gətirib çıxardacaq." 

Dinarə Məmmədova

 ALDP sədrin müşaviri

0.091939926147461