Partiya sədri: Bu görüşlər davamlı olacağ

Prezident Administrasiyasının (PA) Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müxalif siyasi partiya rəhbərləri ilə görüşləri ənənəvi hal almağa başlayıb. Son olaraq, PA rəsmisi BAP sədri Elşad Musayev, KXCP rəhbəri Mirmahmud Mirəlioğlu və ALDP sədri Fuad Əliyevlə görüşüb.

Bu görüşlər iqtidar-müxalifət dialoqu kimi qələmə verilir. Son aylarda iqtidarla müxalifət arasında təmasların artması müsbət bir hal kimi qiymətləndirilir və bu münasibətlərdən gözləntilər böyükdür. "Yeni Müsavat" PA rəsmisinin son görüşdüyü ALDP sədri Fuad Əliyevdən açıqlama aldıq.

Partiya sədri Ə.Vəliyevlə bu görüşünün ikinci dəfə baş tutduğunu söylədi: “Əvvəlki görüşlə bu görüş arasında hansı fərqlərin olması barədə sualınıza gəlincə, deyə bilərəm ki, bugünkü mövzu hazırkı durumdur, yəni ölkəmizin durumu və məsələlərə baxış. Açığı deyim ki, bu, planlı görüş deyildi. Gözlənilməz görüş oldu. Bizdən bir gün əvvəl də parlament partiyaları ilə görüş olub. Partiyaların qərargah, qeydiyyat məsələləri də müzakirələrimiz sırasında idi. Vaxtilə qaldırılan məsələlər artıq müzakirə predmetidir və bunların həlli istiqamətində müzakirələr gedir. Əvvəlki görüşümlə bu görüş arasında beş ay fərq var. Hər halda gəlişmələr olmamış deyil. Bunlar hələlik qaneedici deyil. Bu, bəlli məsələdir. Doğru olan budur ki, hakim partiyaya hakimiyyətin münasibəti digər partiyalardan fərqlidir. Məncə, artıq məsələlərə artıq baxış dəyişib. Ciddi dəyişiklik hiss olunmaqdadır. Bu dəyişikliklər bütövlükdə cəmiyyət üçün önəmlidir. Müxalifətin problemləri diqqət mərkəzində olmalıdır. Çünki bu günün aktual problemlərindən biridir”.

F.Əliyev: “Hesab edirəm ki, artıq iqtidar-müxalifət dialoqu baş verib. PA rəsmisi bu dialoqun ikinci raundunu keçirir. Bizim görüşümüz çox yüksək səviyyədə keçdi. Verdiyim təkliflər ətrafında müzakirələr apardıq. Ədalət müəllim bir neçə təkliflərimizi hazırlayıb yazılı surətdə Prezident Administrasiyasına təqdim etməyimizi xahiş etdi.  Bu görüşlərin davamlı olacağı və gələcəkdə bir neçə partiyanın iştirakı ilə geniş tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

0.053745985031128