Gürcüstan rekorda doğru gedir. Belə ki, oktyabr ayında parlament seçkilərində 80-ə yaxın partiya iştirak edəcək.
Bu barədə “Sputnik” xəbər yayıb.
Bildirilir ki, siyasi qurumların demək olar ki, hamısının parlamentə düşmək şansı var. Çünki keçid səddini adlamaq üçün cəmi 1% səs toplamaq kifayətdir.