Rusiyada COVID-19-dan sağalanlar qan plazması donoruna çevrilir

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün COVID-19 pandemiyasından sağalan 1 750 donordan bir tondan artıq immun plazma götürülüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova məlumat verib.

“Aprel ayından COVID-19-un müalicəsi üçün bir tondan çox immun plazma toplanıb. Biz virusdan sağalandan sonra qan bağışlayan 1 788 donora təşəkkür edirik.

Əlavə olaraq, 215 vətəndaş təkrarən plazma verib. Bizim çağırışımıza cavab verən hər kəsə minnətdarıq - siz bir çox xəstəyə virusun öhdəsindən gəlməyə kömək edirsiniz”, - deyə A.Rakova bildirib.

0.31645083427429