Rusiyada təyyarə qəza enişi edib - VİDEO

Rusiyanın İrkutsk vilayətində özəl təyyarə suyun üzərinə qəza enişi etməyə məcbur olub.

REN TV xəbər verir ki, hadisə vilayətin ərazisindəki Kiçik dəniz boğazında qeydə alınıb.

İlkin məlumata əsasən, qəzaya səbəb “Yak-12” təyyarəsinin mühərrikində yaranan nasazlıqdır.

Qəza vaxtı təyyarənin göyərtəsində dörd sərnişin olub. Onlar müayinə üçün xəstəxanaya göndərilib.

0.33763098716736