Yumurta oğurlayan qadınlar satıcını döydülər - VİDEO

Rusiyanın Krasnodar şəhərində satıcı qadınla iki müştəri arasında insident yaşanıb.

REN TV xəbər verir ki, görüntülər ərzaq mağazasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə oğruların əvvəldən hazırlanan plan üzrə hərəkət etdiyi aydın görünür.

Belə ki, satıcını söhbətə tutan qadın rəfiqəsinin oğurladığı yumurtaları çantasına yığmasına şərait yaradır.

Lakin bir müddət sonra satıcı qadınların əsl niyyətindən xəbər tutur və tərəflər arasında əlbəyaxa dava başlayır. 

0.38447999954224