İŞİD terrorçusunun saxlanılması ilə bağlı xüsusi əməliyyatın görüntüləri - VİDEO

Rusiya FTB Xabarovsk şəhərində İŞİD terrorçusunun saxlanılması ilə bağlı xüsusi əməliyyatdan kadrlar paylaşıb.

Məlumata görə, 1988-ci il təvəllüdlü kişi saxlanılıb. O, beynəlxalq terrorçuların rəhbərlərinin göstərişlərinə əsasən, izdihamlı yerlərdə yandırıcı qurğulardan istifadə edərək terror aktı həyata keçirməyi planlaşdırıb.

Bundan sonra kişi Yaxın Şərqdə müharibə bölgəsinə yollanmaq və terrorçuların tərəfində vuruşmağı düşünüb.

Axtarışlar zamanı onda “Molotov” kokteyli, soyuq silah və beynəlxalq terror təşkilatının bayrağı tapılıb. Həmçinin onun telefonunda terrorçuların liderlərinə “sədaqət andı”nın görüntüləri və planlaşdırılmış terror hücumunun müzakirəsinin olduğu yazışmalar tapılıb.

Şəxslə bağlı cinayət işi başlayıb.

0.31769609451294