Evdən tapılan körpələr dünyanın hər yerindən yüksək rütbəli məmurlara satılacaqmış

Cari ilin yanvar ayında Rusiyanın Odintsovo şəhərində mənzildə tapılan körpələr bütün dünyadan olan yüksək vəzifəli məmurlar üçün nəzərdə tutulubmuş.

“Baza” “Telegram” kanalının məlumatına görə, əcnəbi vətəndaşlar onların hər biri üçün üç milyon rubl (71 537 AZN) ödəyəcəkmiş.

Ümumilikdə, yeddi müxtəlif anadan dünyaya gələn 10 körpə (biri ölüb) barədə iş aparılır.

Uşaqların çoxu reproduktiv funksiyasında pozğunluqlar olan yaşlı insanlar tərəfindən “sifariş” edilib.

Müstəntiqlərin sözlərinə görə, bəzi sifarişçilər Filippində yaşayırlar, körpələr elə ora aparılacaqmış.

İşlə bağlı səkkiz nəfər – və hətta Avropa Surroqat Analıq Mərkəzinin baş direktoru saxlanılıb.

Körpələr uşaq evlərinə verilib və istintaq bitənə qədər orada qalacaqlar.

0.33438205718994