Hindistanda təbii fəlakət: 79 nəfər öldü, 2600-dən çox kənd su altında qaldı

Hindistanın Assam ştatında daşqınlar nəticəsində 2678 kənd su altında qalıb.

Bununla bağlı “Times of India” qəzeti yerli fövqəladə hallar idarəsinə istinadən xəbər verib. 

Bildirilib ki, təbii fəlakət nəticəsində 79 nəfər ölüb. 

Ümumilikdə, daşqınlardan 2 763 719 insan zərər görüb. Onlar 649 düşərgədə yerləşdirilib. 

0.31883096694946