İnsanların gözü qarşısında polislərin döydüyü cütlük intihar etmək istədi – VİDEO

Yoxsul Dalit kastasından olan ər-arvad əkinlərinin məhv edilməsinə və evlərindən qanunsuz olaraq çıxarıllmalarına etiraz etdikdə altı polis əməkdaşı tərəfindən qəddarlıqla döyülüblər. Buna dözməyən cütlük inttihara cəhd edib.

“Daily Mail”in məlumatına görə, dəhşətli hadisə Hindistanın Madhya Pradeş ştatında baş verib.

Kişi və qadın xəstəxanaya yerləşdirilib.

Hadisəyə səbəb isə həmin ərazidə kollec tikmək barədə verilmiş göstəriş olub. Polislər ərazidə yaşayan cütlüyü və digər yerli sakinləri bu torpaqlardan qovmaq istəyiblər. Zərərçəkənlər isə polislərdən bir neçə ay - məhsul yetişənə qədər möhlət istəyiblər.

“Xeyli borcu olan ailə polislərdən məhsullarını məhv etməmələrini xahiş edirdi, amma polislər onları dinləmədi”, - deyə, döyulən cütlüyün qohumu bildirib.

Artıq Madhya Pradeşin əyalət hökuməti yoxlamalara başlayıb, hadisənin təfərrüatı dəqiqləşdirilir. Ər-arvadı döyən altı polis əməkdaşı xidmətdən uzaqlaşdırılıb, daha sonra isə işdən qovulublar.

0.2881178855896