Koronavirusun ən erkən simptomu açıqlandı

Koronavirusun ən erkən simptomu ağızda səpkilər - enantema ola bilər.

İspaniyalı alimlər bununla bağlı “JAMA Dermatology” elmi jurnalında məqalə dərc ediblər.

Tədqiqata görə, müşahidə edilən xəstələrin 29 faizində ağız mukozasında şiddətli səpki aşkar edilib. Bu simptom COVID-19-un digər klinik əlamətlərindən təxminən iki gün əvvəl görünüb.

Hazırda elm adamları simptomun bütün hallar arasında nə qədər geniş yayıldığını araşdırırlar. 

0.55043601989746