Partiya sədri: Bu Azərbaycan üçün yenilikdir

Iyulun 21-də Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüşüb. Görüşdə koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətinə baş vermiş hadisələr və digər məsələlər ətrafında müzakirələr olub.

Belə görüşlərin davamlı olacağı və yaxın zamanlarda ölkə müxalifətinin təmsilçiləri ilə də keçirilə biləcəyi barədə çoxsaylı fikirlər formalaşıb. Baku News ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki,  bununla bağlı  "Yeni Müsavat" qəzeti Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Fuad Əliyevin mövqeyini öyrəndi.

ALDP rəhbəri Fuad Əliyev də belə görüşlərə müsbət baxır: “Hesab edirəm ki, Prezident Administrasiyasında kadr dəyişikliyindən sonra bu görüşlərə start verilib. Siyasi partiyalar və qanunvericilik şöbəsinin müdiri ilə başlayan görüşlərdən sonra Prezident Administrasiyasının digər vəzifəli şəxsləri də görüşlərə başladılar. Son görüş dövlət başçısının köməkçisinin ictimaiyyət nümayəndələri ilə görüşü oldu. Keçirilən bu görüşlər Azərbaycan üçün yenilikdir. Ölkə başçısının özünün dediyi kimi, cəmiyyətdə olan problemləri ona çatdırmırdılar. İndi isə bizimlə görüşdə səslənən problemləri birbaşa ona məruzə edirlər. Biz görürük ki, bəzi problemlər öz həllini tapır. Yəqin ki, gələcəkdə dövlət başçısının iştirakı ilə görüşlər olacaq”.

0.70409893989563