Belarusda seçicilərin 79 faizi seçkilərdə iştirak edib - YENİLƏNİB

Belarusda prezident seçkiləri davam edir.

TASS xəbər verir ki, yerli vaxtla saat 18:00-a olan məlumata görə, seçici iştirakı 79% təşkil edib.

Bu barədə “Belarus-1” telekanalının efirində ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

“Seçkilər günü özünün məntiqi sonluğuna yaxınlaşır. Saat 18:00-da seçkilərdə artıq 79% seçici iştirak etdi. Əlbəttə, bu 18 saatda çox böyük rəqəmdir. Minsk vilayətindən və Minsk şəhərindən başqa demək olar ki, bütün vilayətlər artıq 80% sərhədi keçib”, - deyə Yermoşina bildirib.

 

09:39

Bu gün Belarusda prezident seçkiləri keçirilir. 

“Belta”nın məlumatına görə, ölkə üzrə bütün seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb. 

6,8 milyon əhalinin səsverməsi üçün 5 767 seçki məntəqəsi yaradılıb.

Belarusda prezidentlik uğrunda beş namizəd - hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya mübarizə aparır.

3.4555070400238